İnsanlara hürriyət, millətlərə istiqlal!

Davosda şam yeməyində hansı mövzulardan danışılıb? - Mikayıl Cabbarov AÇIQLADI

Mikayıl Cabbarov Davos Dünya İqtisadi Forumu (World Economic Forum) çərçivəsində “Neft və qaz” mövzusunda birgə işçi şam yeməyində iştirak edib.

Musavat.com xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov bu barədə "Facebook" hesabında paylaşım edib.

“Regional proseslərin enerji bazarlarına təsiri, təhlükəsiz və dayanıqlı enerji sisteminə keçidin əhəmiyyəti, Azərbaycanda bərpaolunan enerji mənbələrinin yüksək potensialı və yaşıl enerji məkanı prinsiplərinə əsaslanaraq həmin enerjinin iqtisadiyyatın bütün sahələrində istifadəsi imkanları barədə danışdıq”, - deyə nazir qeyd edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR