İnsanlara hürriyət, millətlərə istiqlal!

Daşkəsəndə iri gövdəli ağac yola aşdı, yol bağlandı

Güclü külək Daşkəsən rayonunda da fəsad törədib.

"Report"un Qərb bürosunun bürosunun görə, təbii hadisə nəticəsində rayonun Bayan kəndində iri gövdəli ağac aşaraq yola və kənardakı evin üzərinə düşüb.

Hadisə səbəbindən Gəncə-Daşkəsən avtomobil yolunda bir müddət tıxac yaranıb. Əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunub, ağac yoldan götürüldükdən sonra nəqliyyat vasitələrinin hərəkəti bərpa olunub.

Qeyd edək ki, bir neçə saat öncə Qərb bölgəsində həmçinin, Mingəçevir və Yevlaxda da güclü külək bir sıra fəsadlar törədib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR