İnsanlara hürriyət, millətlərə istiqlal!

Danielyandan ŞOK: “Böyük Britaniyaya Sünik dəhlizi lazımdır, Fransa isə...”

“Fransa Azərbaycandan hər hansı bir mədən qoparmayana qədər dincəlməyəcək. Rusiya da öz maraqlarını rəhbər tutur, bu da təbiidir, amma indi məğlubiyyət mərhələsindədir”.

Musavat.com xəbər verir ki, bu barədə erməni politoloq Stepan Danielyan feysbuk səhifəsində yazıb.

“ “British Petroleum” Azərbaycana 80 milyard dollara yaxın sərmayə yatırıb. Bura Mərkəzi Asiyaya, o cümlədən enerji sahəsinə on milyardlarla dollarlıq Britaniya sərmayəsini də əlavə etmək lazımdır. Britaniyaya enerji nəqli üçün Rusiya və İrandan yan keçəcək, türk dünyasını iqtisadi cəhətdən birləşdirəcək Sünik dəhlizi lazımdır.

Fransaya gəlincə, Fransanın “Total” şirkəti Azərbaycana cəmi 1 milyard, digər sektorlarla birlikdə 3 milyard sərmayə qoyub. Bundan başqa, 2017-ci ildə “Total” ABŞ-ın keçmiş prezidenti Donald Trampın rəsmi Tehranla imzalanan nüvə proqramından çıxmasından sonra İrana 4,8 milyard sərmayə yatırıb. İndi Fransa burada özünü qurban hesab edir.

Böyük Britaniya Aİ-dən çıxdıqdan sonra Fransa-Britaniya rəqabəti daha da güclənib. Bu səbəbdən rəsmi Paris Azərbaycanın enerji resurslarının Avropaya çatdırılmasının qarşısını almaqla Britaniyaya cavab zərbəsi endirmək istəyir. Buna görə də Fransa Senatı fəallaşıb. Necə deyərlər şəxsi heç nə yoxdur, sadəcə biznes”, - deyə Danielyan qeyd edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR