İnsanlara hürriyət, millətlərə istiqlal!

Daniel İoannisyan Ermənistanda hökm sürən korrupsiyadan danışdı

Ermənistanda “korrupsiyanın qavranılması indeksi”ndə geriləmə qeydə alınıb. Bu hökumət təkcə bizim ideyalarımızdan, standartlarımızdan deyil, həm də öz prinsiplərindən də geri çəkilib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözlərin müəllifi Ermənistanda “Məlumatlı Vətəndaşlar İttifaqı” koordinatoru Daniel İoannisyandır.

“2018-ci ilin mayında Paşinyan ədalətli məhkəmə araşdırması hüququnu pozan, qərarları AİHM tərəfindən pozulan bütün hakimlərin istefa verməli olduğunu deyirdi. Lakin gördüyümüz kimi, Mnatsakan Martirosyan İrəvan Cinayət məhkəməsinin sədri təyin edilib”, - deyə, o bildirib.

Daniel İoannisyan iki vəkilin polislər tərəfindən döyülməsini də xüsusi vurğulayıb. Onun sözlərinə görə, son on beş ildə heç bir hüquq müdafiəçisi belə qəbuledilməz hadisəni xatırlamır.

“Mərkəzi Seçki Komissiyasının sədri postuna partizan bir şəxsin təyin edilməsi də yolverilməzdir. MSK-ya partiya sədri təyin edəndə insanlarda elə təəssürat yaranır ki, seçkilərdə hakimləri alıb, oyunu satıblar”,- o söyləyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR