İnsanlara hürriyət, millətlərə istiqlal!

Daha bir vətəndaşımız İranda həbs olundu - Casus ittihamı

Təxminən 2 il 6 ay əvvəl İranda həbs edilən Azərbaycan Respublikası vətəndaşı Validə Yusifova Evin həbsxanasının qadınlar bölməsində saxlanılır.

Musavat.com “Güney Azərbaycan” teleqram kanalına istinadən xəbər verir ki, Validə Yusifova 2021-ci ilin yanvarında Muğanda saxlanılıb. 

Həbs edildikdən sonra ilk olaraq Ərdəbil, daha sonra isə Təbrizdəki təhlükəsizlik müəssisələrindən birinin təcridxanasına köçürülüb. O, təxminən üç ay təkadamlıq kamerada saxlanılıb, dindirildikdən sonra Tehrandakı Evin həbsxanasındakı 2-A Palata kimi tanınan SEPAH Kəşfiyyat Təcridxanasına köçürülüb.

İstintaqı bitirəndən sonra Validə Yusifova 2022-ci ilin 24 iyununda Evin həbsxanasının Qadın Məhbuslar Bölməsinə aparılıb.

31 yaşlı Validə Yusifova Tehran İnqilab Məhkəməsinin 15-ci şöbəsinin müdiri, hakim Əbülqasim Salvati tərəfindən “casusluq” və “narkotik ticarəti” ittihamı ilə mühakimə olunub. 

V.Yusifovaya “narkotik qaçaqmalçılığı” ittihamından bəraət verilib. 

Bu barədə məlumatlı şəxs bildirib ki, 31 yaşlı subay xanımın İranda heç bir tanışı yoxdur və saxlanıldığı təxminən 2 il 6 ay müdətində onun Azərbaycanda öz ailəsi ilə əlaqəsinə imkan verilməyib.

“Yusifovaya həbsxana məsulları tərəfindən yüksək dozada yuxugətirici və sakitləşdirici dərmanlar verilir” - deyə, məlumatlı şəxs qeyd edib. 

​​​​​​​Qeyd edək ki, İran siyasi dividentlər qoparmaq üçün xüsusilə Avropa ölkələrinin vətəndaşlarını absurd ittihamlarla həbsə atır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR