İnsanlara hürriyət, millətlərə istiqlal!

Daha bir müharibə cinayəti: Mülki şəxslər atəşə tutuldu

Ukraynada daha bir müharibə dəhşəti yaşanıb. AzVision.az xəbər verir ki, Xarkov vilayət prokurorluğunun yaydığı məlumata görə rusiyalı hərbçilər mülki şəxslərə atəş açıblar.

Qeyd edilir ki, içində dinc sakinləri daşıyan avtomobil kolonuna hücum nəticəsində ağır hərbi cinayət törədilib.

15 şəxsi avtomobil Rusiya hərbçilərinin işğal etdiyi Volçansk şəhərindən Çuqevski rayonuna yola düşüb. Çuqevski rayonunun Starıy Saltov ərazisi yaxınlığındakı yolda Rusiya Silahlı Qüvvələrinin hərbçiləri avtomobil karvanının mülki şəxslərdən ibarət olduğunu görməsinə rəğmən onları atəşə tutublar.

6 may 2022-ci il tarixində Xarkov vilayətinin Çuqev rayon polis şöbəsinin müstəntiqləri konvoyun yerini müəyyən etmiş və bir sıra istintaq-axtarış tədbirləri həyata keçirmişlər.

Starı Saltov ilə Yuxarı Saltov kəndi arasında olan yolun kənarında altı güllələnmiş avtomobil və dörd yanmış cəsədlər aşkarlanıb. Xatırladaq ki, mayın 6-da da rus işğalçıları mülki şəxsləri atəşə tutmuşdular. O zaman Mariupolda “Azovstal” zavodundan mülki əhalinin təxliyəsi üçün atəşkəs razılaşması pozulmuşdu və mülki vətəndaşları daşıyan avtomobil atəşə məruz qalmışdı", - məqalədə yazılıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR