İnsanlara hürriyət, millətlərə istiqlal!

Daha bir erməni zabit xəyanət ittihamı ilə saxlanıldı

Ermənistanda növbəti dəfə hərbi qulluqçu həbs edilib. AzVision.az xəbər verir ki, bu barədə “Sputnik Armenia”ya Milli Təhlükəsizlik Xidmətinə istinadən məlumat yayıb.

Qeyd edilir ki, saxlanılan şəxs silahlı qüvvələrin mayorudur. Milli Təhlükəsizlik Xidmətindən bildirilib.


Erməni ordusu casus şəbəkəsinə çevrilib- Daha bir xəyanətin üstü açıldıMəlumata görə erməni mayor xarici xüsusi kəşfiyyat orqanlarına işləyirmiş. Hərbçi Ermənistanın ordusunun ölkənin şərq və cənub sərhədindəki fəaliyyəti barədə məxfi məlumatları kəşfiyyat orqanlarına ötürüb.

Hazırda istintaq davam edir. Mayorun adı isə hələ ki, açıqlanmayıb.

Qeyd edək ki, Ermənistan ordusu casuslar və xainlər şəbəkəsinə çevrilib. Bu il avqust ayına kimi Ermənistan Milli Təhlükəsizlik Xidməti dövlətə xəyanətlə bağlı artıq 5 cinayət işini məhkəməyə təqdim edib. Noyabr ayına qədər isə daha iki dövlətə xəyanət faktı aşkarlndı.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR