Onlayn ictimai-siyasi qəzet
Azərbaycanın daha bir cüdoçusu Bakıda keçirilən “Böyük Dəbilqə”də qızıl medal qazanıb.
Musavat.com xəbər verir ki, yarışın sonuncu günündə Murad Fətiyev (90 kq) finalda macarıstanlı Krisztian Tothu məğlub edərək birinci olub.
Eyni çəkidəki Vüqar Talıbov isə bürünc medal uğrunda fransalı Aleksis Mateyuya qalib gəlib.
Bu gün, həmçinin, millinin digər üzvü - Camal Qamzatxanov (+100 kq) qızıl mükafat qazanmağa çalışacaq.
Qeyd edək ki, daha əvvəl Hidayət Heydərov (73 kq) və Zelim Tçkayev (81 kq) qızıl, Ömər Rəcəbli (81 kq) gümüş, Balabəy Ağayev (60 kq) və Yaşar Nəcəfov (66 kq) bürünc medal qazanıblar.
25 Noyabr 2024
08:25 Ermənistan şirkətləri Rusiyaya qızıl ticarətinə qoyulmuş sanksiyadan yan keçməyə kömək edirlər
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ