İnsanlara hürriyət, millətlərə istiqlal!

“Çox güclü planımız var" - ABŞ-dən QİSAS almağa hazırlaşırlar

Avropa İttifaqı (Aİ) Komissiyasının Prezidenti Ursula von der Leyen ABŞ-ın tətbiq etdiyi gömrük tariflərinə qarşı güclü bir cavab planlarının olduğunu və bütün seçimlərin masada olduğunu bəyan edib.

Musavat.com xəbər verir ki, Strasburqda keçirilən Avropa Parlamenti iclasında çıxış edən von der Leyen Aİ-nin dünyanın ən böyük vahid bazarına sahib olduğunu və tariflər mövzusunda müzakirə aparacaq gücə malik olduğunu vurğulayıb.

“Maraqlarımızı və dəyərlərimizi hər zaman müdafiə edəcəyik. Aİ öz vətəndaşlarını və rifahını qorumaq üçün lazım olan hər şeyə sahibdir”.

Von der Leyen gömrük vergiləri ilə bağlı münaqişəni Avropanın başlamadığını qeyd edərək, tariflərin yanlış olduğunu düşündüklərini bildirib: "Bu münaqişəyə Avropa başlamadı. Biz mütləq qisas almaq istəmirik. Amma lazım gələrsə, cavab vermək üçün güclü planımız var və bunu edəcəyik".

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp 20 yanvarda vəzifəyə başladıqdan sonra daha əvvəl tətbiq etməyi vəd etdiyi əlavə gömrük tariflərini qüvvəyə mindirib. Əvvəlcə Çin, Kanada və Meksikaya əlavə gömrük tarifləri tətbiq edən ABŞ hökuməti 12 martda bütün ölkələrdən edilən polad və alüminium idxalına istisnasız tariflər tətbiq edib. Trampın son olaraq idxal edilən avtomobil və yük maşınlarına 25% gömrük vergisi tətbiq etmə qərarı qlobal avtomobil bazarında narahatlıqları artırıb. Aİ, Çin və Kanada bu tariflərə qarşılıq verəcəklərini bildirərək, qlobal bazarlarda ticarət müharibəsi ilə bağlı narahatlıqları artırıblar.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR