İnsanlara hürriyət, millətlərə istiqlal!

COP29-un 5-ci günündə dünyanın xilası üçün çağırışlar

Bakıda keçirilən qlobal tədbirin müsbət nəticələri indidən müşahidə olunmağa başlayıb

Bakıda BMT-nin İqlim dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) 6-cı günüdür. COP29-un 5-ci günü də dinamikliyi ilə seçilib. Musavat.com xəbər verir ki, ekofəallar aksiya keçiriblər. Fəallar “Nəhəng çirkləndiriciləri təpikləmək”, “İlanları təmizləmək” şüarları yazılmış pankartlar açaraq ekologiyanın çirkləndirilməsinə səbəb olan sənaye şirkətlərinə qarşı çıxışlar ediblər.

Tədbir çərçivəsində Beynəlxalq Avrasiya Mətbuat Fondunun təşkilatçılığı ilə isə “Sülhün, Torpağın və Ekosistemlərin Minatəmizləmə və Kənd Təsərrüfatı Vasitəsilə Bərpası” mövzusunda Panel Müzakirəsi keçirilib.

COP29-un 5-ci günü: Mavi Zona tədbirlərinə start verilib – YENİLƏNİR –  Rakus.az

COP29 tədbiri çərçivəsində “Azərsun Holdinq” tərəfindən “Keçidin gücləndirilməsi: Gələcəyin enerjisini bugündən maliyyələşdirmək” adlı panel müzakirəsi də təşkil edilib.

Bundan başqa, dünən COP29 Sülh, Yardım və Bərpa Gününün açılışı olub. Açılış COP29 çərçivəsində keçirilən “İqlim və Sülh: Heç kimi arxada qoymamaq naminə birgə fəaliyyət” adlı Yüksək səviyyəli Panel çərçivəsində baş tutub. Tədbir Azərbaycan COP29 tərəfindən yaradılmış Birgə Təşəbbüs (Azərbaycan, Misir, Almaniya, İtaliya, Uqanda, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniyana) və Beynəlxalq Miqrasiya Təşkilatı (IOM) tərəfindən təşkil edilib.

Tədbirdə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov, 20-dən artıq dövlətin nazirləri, hökumətin xüsusi nümayəndəsi səviyyəsində təmsilçiləri, BMT qurumları, yardım bankları, beynəlxalq təşkilatlar, beyin mərkəzləri iştirak edib.

Tədbirin sonunda COP29 Sülh Günündə “Bakı Çağırışı” adlı sənəd elan olunub.

Eyni zamanda tədbirdə İqlim və Sülh Fəaliyyəti üzrə Bakı Mərkəzi təsis edilib.

COP29'un beşinci gününden FOTO RÖPORTAJ - Oxu.az

Bakıda keçirilən COP29 konfransı çərçivəsində Afrikanın 54 ölkəsini əhatə edən Pan-Afrika İqlim Ədalət Alyansı (PACJA) iqlim fondunun artırılması tələbi ilə aksiya keçirib. Aksiya iştirakçılarının əsas tələbi iqlim dəyişmələrinə qarşı aparılan mübarizə üçün maliyyələşmənin artırılmasıdır.

Aksiyanın təşkilatçısı, PACJA-nın əməkdaşı Çarlz Peter APA-ya açıqlamasında bildirib ki, COP29-da təxminən 100 nəfərdən ibarət nümayəndə heyəti ilə təmsil olunurlar: “Bizim əsas çağırışımız iqlim məqsədli maliyyə toplanmasının həcminin artırılmasından ibarətdir. Vəsaitin həcmi milyardlardır, biz isə trilyonlarla olmasını tələb edirik.

Müharibələr üçün milyardlarla vəsait sərf edilir. İnsanlar iqlim dəyişmələri ilə məşğul olmağın aktuallığını görmürlər. İqlim dəyişmələri artıq qapımızı döyür. Müharibə kimi zərərli işlərə ayrılan vəsaitlər iqlimin sağlamlaşdırılması məqsədlərinə ayrılsa, iqlim dəyişmələrindən əziyyət çəkən milyonlarla insanı xilas edə bilər. Biz birlikdə hərəkət etməliyik, yoxsa birlikdə məhv olacağıq".

Ceyhun Bayramov TDT-nin iclasında COP29-dan danışdı - FOTOLAR -  GlobalInfo.az

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov isə COP29 çərçivəsində keçirilən “İqlim və Sülh: Heç kimi arxada qoymamaq naminə birgə fəaliyyət” adlı Yüksək səviyyəli Paneldə deyib ki, COP29 dünyada gedən münaqişələri nəzərə alaraq, qərara aldı ki, sülh və iqlim dəyişikliyi problemini qaldırsın.

Nazir bildirib ki, iqlim dəyişikliyi qida təhlükəsizliyi ilə bağlı problemi gücləndirir, su qıtlığını sürətləndirir və torpağın deqradasiyasına, eyni zamanda insanların yerdəyişməsinə səbəb olur: “Bu hadisələr qeyri-sabitliyin dərinləşməsinə səbəb olan münaqişələr və bütün dünyada etibarsızlıq dövrləri üçün katalizator rolunu oynayır. Əksinə, münaqişələr və onların nəticələrinin infrastruktura, torpağın deqradasiyasına və biomüxtəlifliyə dağıdıcı təsirləri iqlim böhranını daha da artıracaq və sülhə, dayanıqlığa və inkişafa xələl gətirən dövr yaradacaq”.

Britaniyalı nazir Bakıdan çağırış etdi: 100 milyon dollar...

Britaniyanın inkişaf məsələləri üzrə naziri Anneliese Dods isə COP29 çərçivəsində keçirilən “İqlim və Sülh: Heç kimi arxada qoymamaq naminə birgə fəaliyyət” adlı yüksək səviyyəli paneldə böyük çoxtərəfli inkişaf banklarına çağırış edib və onları problemin həlli üçün daha çox iş görməyə çağırıb.

ABŞ-ın energetika naziri: Azərbaycan həm də təmiz enerji ixracatçısı ola  bilər

ABŞ-ın energetika naziri Cennifer Qranholm isə COP29 Enerji Təşəbbüsləri üzrə Nazirlər Toplantısı (Qlobal Enerji Saxlama və Şəbəkələr Müddəasının işə salınması) mövzusunda baş tutan plenar sessiyada deyib ki, təmiz enerjiyə və karbonsuzlaşdırmaya qoyduğumuz hər bir sərmayə ilə önümüzdə daha aydın yol açmış oluruq: “Bu həftə göstərdiyiniz qonaqpərvərliyə və liderliyə görə, Azərbaycanın bütün komandasına təşəkkürlərimi bildirirəm. Hər il COP bizim hamımız üçün təmiz enerjiyə keçiddə kritik nəzarətdə ambisiyalarımızı qiymətləndirməyə xidmət edir”.

Bakıda davam edən və dünyanın ən böyük tədbiri sayılan, həmçinin Güney Qafqazda ilk dəfə keçirilən COP29 şübhəsiz, Azərbaycanın artıq oturuşmuş, uğurlu və regionun aparıcı dövləti kimi dünyadakı nüfuzunu daha da gücləndirəcək, ölkəmizin imicinə əlavə xallar gətirəcək. Söhbət yalnızca Prezident Əliyevin başçılığı ilə Bakıda reallaşan möhtəşəm tədbirə uğurlu təşkilatçılıqdan və ev sahibliyindən, tədbir çərçivəsində imzalanan çoxsaylı sənədlərdən getmir. Eyni zamanda, Fransa daxil, Qərbin bəzi dövlətlərinin, onun Avropa Parlamenti, AŞ PA timsalında qurumlarının bəşəri dəyərlər, insan haqları ilə bağlı ikiüzlü siyasətinin faş edilməsindən gedir.

İlham Əliyev görüşlər keçirir - Savash Media

Bu xüsusda Prezident İlham Əliyevin tədbirin 3-cü günündə COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Sammitində çıxışı zamanı dediyi aşağıdakı sözlər diqqət çəkir: “Fransanın dırnaqarası dəniz ərazilərində törətdiyi cinayətlər siyahısı rejimin bu yaxınlarda insan hüquqları pozulmalarını qeyd etməsək, tam olmazdı. Prezident Makronun rejimi Yeni Kaledoniyada kanakların builki legitim etiraz aksiyasında 13 nəfərin həyatına son qoymuş, 169 nəfəri yaralamışdır. 1700 insan həbs edilmişdir. Həmçinin bu il, Martinika və Qvadelupada etirazlar zamanı 38 nəfər həbs olunub. Bütün bunlarla yanaşı, Fransa nə Avropa Komissiyası, nə Avropa Parlamenti, nə də ki, Avropa Şurasının Parlament Assambleyası tərəfindən pislənildi. Bu, siyasi riyakarlıqdır. Siyasi korrupsiya rəmzinə çevrilmiş iki təsisat - Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası günahsız insanların qətlinə görə Prezident Makronun hökuməti ilə məsuliyyəti bölüşür. Fransadakı bütün siyası məhbuslar dərhal azad olunmalıdır. Əgər Avropanın əsas diplomatı Cozep Borrell Avropanı bağ, dünyanın qalan hissəsini isə cəngəllik adlandırırsa, onda Avropa Parlamenti ilə Avropa Şurası Parlament Assambleyasından daha nə gözləmək olar?! Əgər biz cəngəlliyiksə, onda bizdən kənar durun və işlərimizə qarışmayın”.

Bakı konfransı bu mənada tarixdə həm də boykotçuların məkrli niyyətlərini boşa çıxdığı tədbir kimi yadda qalacaq.

COP29-un, Bakının uğuru kimi bunu da qeyd edək ki, artıq beynəlxalq maliyyə korporasiyaları və bank strukturlarının açıqlamaları var ki, iqlim dəyişiklərinin fəsadlarına qarşı mübarizə məqsədilə öz maliyyə töhfələrini artıracaqlar. Məsələn, Dünya Bankı maliyyə töhfəsini 170 milyarda çatdıracağını bildirib. Bütün bunlar COP29-dan əsas gözlənti olan yeni iqlim maliyyəsi hədəfi üzrə tarixi razılaşmanın əldə olunması üçün COP29-da danışıqlar üçün əla mühit yaradır.

Vüqar Bayramov — Vikipediya

Milli Məclisin deputatı Vüqar Bayramov “Yeni Müsavat”a deyib ki, Azərbaycan regionda “yaşıl enerji”nin formalaşmasına və genişlənməsinə töhfə verən ölkələrdəndir. Son illər Cənubi Qafqaz və Mərkəzi Asiyada alternativ mənbələrdən enerji hasilatına ən çox investisiya cəlb edən ölkələrdən biri Azərbaycandır: “Yalnız son illər Azərbaycanda alternativ mənbələrdən ”yaşıl enerji"nin inkişafı üçün 1 milyard dollardan artıq vəsait sərf edilib. Bu baxımdan COP29-un Bakıda təşkil edilməsi, uğurla davam etməsi də ondan xəbər verir ki, Azərbaycan “yaşıl enerji” şəbəkəsinin genişləndirilməsinə töhfə verir. Digər tərəfdən isə Azərbaycan regional və qlobal təşəbbüslərlə çıxış edir. COP29 iqlim dəyişikliyi mövzusunda yeni səhifənin açılmasına imkan verəcək. Burada müzakirə edilən məsələlər, problemlərin göstərilməsi deyil, onların həlli ilə bağlı təklif edilən mexanizmlər ondan xəbər verir ki, COP29 xüsusilə qlobal dəyişikliklər baxımından, eləcə də ətraf mühit və iqlim dəyişiklikləri konteksində maliyyə resurslarının cəlb edilməsində xüsusi rola malik olacaq.

COP29-un 196 ölkədən gəlmiş və qeydiyyatdan keçmiş 72 min iştirakçısı, aktivlik, beynəlxalq ictimaiyyətin və medianın marağı bir daha təsdiq edir ki, bu tədbirin Azərbaycanda keçirilməməsinə qarşı xüsusi kampaniya aparan bir sıra Qərb dairələrinin və eləcə də onların ölkəmizdəki marginal siyasi havadarlarının bütün cəhdləri iflasa uğrayıb. COP29-a olan yüksək maraq tədbiri boykot etməyə çağıran daxili marginal qrupların da tam iflası deməkdir. COP29-da iştirakçılıq səviyyəsinin, marağın yüksək olması bir daha təsdiq edir ki, məlum qərəzli siyasət təkcə Azərbaycana qarşı deyil, bəşəriyyətin gələcəyinə yönəldiyi üçün qəbul edilməyəcək. Məhz COP29 üçün maliyyə təminatının gücləndirilməsi, qlobal təşəbbüslərin sistemləşdirilməsi, xüsusən də inkişaf etmiş ölkələr tərəfindən maliyyə dəstəyinin verilməsi ilə bağlı aparılan müzakirələr ondan xəbər verir ki, Bakı qlobal çağırışlara töhfələrini davam etdirir".

E-huquq | Yusif Bağırzadə: "Ədliyyə Nazirliyi tərəfindən siyasi  partiyaların qeydə alınması təqdirəlayiq haldır"

BMT-nin İqlim Dəyişikliyi üzrə Tərəflər Konfransının 29-cu sessiyasının siyasi əhəmiyyətini şərh edən politoloq Yusif Bağırzadə isə bildirib ki, Azərbaycanın müstəqillik tarixində ən böyük tədbirə, COP29-a rəhbərlik etməsi ölkəmizin beynəlxaq münasibətlər sistemində və millətlərarası münasibətlərin inkişafında rolunu daha da artırır: “Hazırda dünya ictimaiyyətinin bütün diqqəti Bakıya yönəlib və 70 mindən artıq qonağın iştirakı ilə keçirilən bu mötəbər tədbir sivil dünyanın ayrılmaz hissəsi kimi ölkəmizin ümumbəşəri dəyərlərə malik olduğunu bir daha nümayiş etdirəcək. Digər tərəfdən, ölkəmizin COP29 beynəlxalq konfransına uğurla ev sahibliyi etməsi xalqımızın növbəti böyük uğuru olmaqla bərabər, həm də malik olduğumuz potensialı bütün dünyaya göstərmək baxımından da önəmlidir. Bu kimi tədbirlər turizm-xidmət sektorunun dəstləklənməsi və inkişafına xidmət etməklə yanaşı, həm də ölkənin iqtisadi potensialı ilə daha yaxından tanış olmağa fürsət yaradır. COP29 bir sıra istiqamətlərdə - Azərbaycanın iqtisadiyyatı, eyni zamanda, ölkənin yaşıl enerji sahəsində həyata keçirdiyi fəaliyyətlərin təqdimatı baxımından da çox vacibdir. COP29 bizə yeni tərəfdaşlıqlar qurmaq, ölkəmizin iqtisadiyyatının potensialını təqdim etmək imkanı verəcək ki, bu da xarici sərmayələrin cəlbi baxımından səmərəli olacaq”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR