İnsanlara hürriyət, millətlərə istiqlal!

Co Baydenə görə ABŞ-da "demokratiya təhlükə altındadır"

ABŞ prezidenti Co Bayden noyabrın 8-də Birləşmiş Ştatlarda keçiriləcək aralıq seçkilərin “demokratiya üçün çöküşə” çevrilə biləcəyini deyib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “Politico” saytı məlumat yayıb.
Qəzet prezidentin Vaşinqtonda seçkiqabağı mitinqində çıxışında bu sitatı önə çıxarıb: “Biz dərindən hiss edirik ki, demokratiya təhlükə altındadır”.

Bayden sələfi Donald Trampı ölkədə parçalanmaları qızışdırmaqda günahlandırıb, 2020-ci il prezident seçkilərinin nəticələrini inkar edən Tramp tərəfdarlarının indi “ABŞ-da hər mövqeyə iddialı olduqları” barədə xəbərdarlıq edib.

ABŞ prezidenti həmçinin əleyhdarlarını "demokratlara, respublikaçılara və tərəfsiz məmurlara qarşı zorakılıq aktları törətməkdə” suçlayıb.

Baydenə görə, "bu, Birləşmiş Ştatlar üçün əsl xaosa aparan yoldur, qeyri-qanunidir və ölkə üçün qəbuledilməzdir".

Prezidentin fikrincə, seçicilər hər hansı namizədə səs verməzdən əvvəl özlərinə sual verməlidirlər: “Bu şəxs xalqın qanuni iradəsini qəbul edəcəkmi?”

"Bu sualın cavabı həyati əhəmiyyət kəsb edir və mənim fikrimcə, həlledici olmalıdır. Biz fikir ayrılıqlarımızı iğtişaş, izdiham, güllə və ya çəkiclə həll etmirik",- deyə o, vəziyyətin ağır olduğunu etiraf edib.

“Politico” saytı ABŞ-da demokratların aralıq seçkilərdən sonra həm Nümayəndələr Palatasına, həm də Senata nəzarəti itirə biləcəklərini yazıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR