İnsanlara hürriyət, millətlərə istiqlal!

Co Bayden oğlu Hanteri əfv etdi – “Onu mənim oğlum olduğu üçün təqib edirdilər”

“Bu gün mən oğlum Hunterin əfv edilməsi haqqında fərman imzaladım. Vəzifəyə gəldiyim gündən Ədliyyə Nazirliyinin qərarlarına müdaxilə etməyəcəyimə söz verdim və oğlumun seçmə və ədalətsiz şəkildə mühakimə olunmasını seyr edərkən belə, sözümü tutdum”, - ABŞ prezidentinin bəyanatında deyilir.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Hanter Baydeninin qanunsuz silah əldə etmə və vergilərin ödənilməsi ilə bağlı iki cinayət işi üzrə hökm gözlədiyi qeyd edilir.

“Onun işi üzrə ittihamlar yalnız Konqresdəki bir neçə siyasi rəqibim onları mənə hücum etməyə və seçilməyimə qarşı çıxmağa təhrik etdikdən sonra irəli sürülüb. Sonra məhkəmə zalında Ədliyyə Departamenti tərəfindən müzakirə edilən iddia müqaviləsi bağlandı və Konqresdəki bir sıra siyasi rəqiblərim prosesə siyasi təzyiq göstərməyi özlərinə borc bildilər”, - deyə bəyanatda bildirilir.

Prezidentin sözlərinə görə, Hanter onun oğlu olduğuna görə təqiblərə məruz qalıb.

“Hanteri sındırmağa çalışaraq, məni sındırmağa cəhd etdilər və bunun bununla bitəcəyinə inanmaq üçün heç bir əsas yoxdur. Mən kifayət qədər yaşadım. Bütün karyeram boyu sadə bir prinsipə əməl etmişəm: Amerika xalqına sadəcə həqiqəti deyin. Onlar ədalətli olacaqlar. Həqiqət budur: Mən ədliyyə sisteminə inanıram, amma bununla mübarizə apardığım üçün inanıram ki, kobud siyasət bu prosesə təsir edib və ədalətin pozulmasına gətirib çıxarıb. Bu həftə sonu bu qərarı verdikdən sonra onu təxirə salmağın mənası yox idi. Ümid edirəm ki, amerikalılar ata və prezidentin niyə belə qərara gəldiyini anlayacaqlar”, - deyə bəyanatda bildirilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR