İnsanlara hürriyət, millətlərə istiqlal!

Çinin müdafiə naziri istefaya göndərilib

Uzun müddətdir ictimaiyyət qarşısında görünməyən Çinin müdafiə naziri Li Şanfu vəzifəsindən kənarlaşdırılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Xinhua” agentliyi yayıb.

Məsələ ilə bağlı digər detallar açıqlanmayıb.

Qeyd edək ki, daha əvvəl xarici KİV nazirin hərbi texnika alınması zamanı korrupsiyaya yol verməsində ittiham olunmasını yazıb. “Financial Times” isə sentyabr ayında nazirin istefaya göndərildiyini və hazırda barəsində istintaq aparıldığını qeyd edib. O, bundan əvvəl həftələrlə ictimaiyyət arasında görülməyib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR