İnsanlara hürriyət, millətlərə istiqlal!

"Yasaq sevgilər şirin görünsə də, can yaxandır" - VİDEO

Müğənni Ayan Babakişiyeva sosial şəbəkədə yasaq sevgidən yazıb.

Sənətçi "Sevməməliydim" adlı yeni mahnısından bir hissəni izləyiciləri ilə bölüşürək bunları qeyd edib:

"Bu mahnını 3 il əvvəl oxudum, heç cür hazır deyildim ifaya. Çünkü hönkürtü və hayqıraraq demək istədiklərimi çatdırmaq istəyirdim. Sanki, tarixçəsi çox ağır idi.

Əslində bəlkə də yasaq olan hər şey maraqlı və cəlbedici olur. Ona nail olursan və bir anda nə qədər yanlış olduğunu dərk edirsən. Əlçatmaz, yasaq sevgilər kənardan şirin görünsə də, bir o qədər can yaxandı.

Artıq hazıram və payızda bu əsəri təqdim edəcəyəm".   (Axşam.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR