İnsanlara hürriyət, millətlərə istiqlal!

Ruben Vardanyan üçün "Kenquru məhkəməsi”, İncil davası - Səfir Süleymanov niyə elə dedi...

Azərbaycanın Böyük Britaniyadakı səfiri Ermənistanın ən varlı adamlarından birinin “kenquru məhkəməsi” ilə üz-üzə qalması ilə bağlı iddiaları rədd edərək, məhkəmə prosesinin legitimliyini dəstəkləyən son beynəlxalq hüquqi qərarlara işarə edib.

Bu barədə Böyük Britaniyaya bağlı “gbnews.com” saytı məlumat yayıb.

Aydınlıq üçün deyim ki, Qərbin yanaşmasına görə “kenquru məhkəməsi” qanun və ya ədalətin tanınmış standartlarına məhəl qoymayan məhkəmələr üçün istifadə olunan qeyri-rəsmi aşağılayıcı termindir.

Səfir Elin Süleymanov “GB News”a bildirib ki, Ruben Vardanyanın mühakiməsi ilə bağlı ittihamlar "təxminən iki ay əvvəl Beynəlxalq Ədalət Məhkəməsi və BMT-nin Ali İnsan Haqları Şurasının əsassız həbslərlə bağlı qrupu tərəfindən birmənalı şəkildə rədd edilib". Yəni Bakıda keçirilən məhkəmə beynəlxalq səviyyədə heç bir müqavimətlə üzləşmir...

Səfir bildirib ki, Beynəlxalq Ədalət Məhkəməsi və BMT-nin Ali İnsan Haqları Şurası “bütün bu ittihamları tamamilə rədd edib” və “lazımi prosesə əməl edildiyini” təsdiqləyir.

56 yaşlı rus-erməni sahibkar Vardanyan Bakıda hərbi məhkəmədə hərbi cinayətlər, terrorizm və muzdlu fəaliyyətlər də daxil olmaqla 42 ittihamla üzləşib.

İş adamı var-dövlətini Rusiyada qazanıb, burada 1990-cı illərin əvvəllərində ölkənin ilk investisiya bankını yaradıb və nüfuzlu Skolkovo biznesin idarə edilməsi məktəbinin əsasını qoyub.

Daha sonra o, aktyor Corc Kluni ilə birlikdə təsis etdiyi Aurora Humanitar Mükafatında iştirakı sayəsində beynəlxalq şöhrət qazanıb.

Bununla belə, Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi tərəfindən 2019-cu ildə aparılan araşdırma, onun investisiya bankının işçilərinin 2000-ci illərin ortalarında milyardlarla dolları yuyan maliyyə sistemi qurduğunu iddia etdi. Cənab Vardanyan isə hər hansı cinayət fəaliyyətindən xəbərdar olmadığını bildirdi və heç vaxt məhkəmə tərəfindən ittiham olunmadı.

Səfir Süleymanov Vardanyanı “Moskvadan Dağlıq Qarabağ bölgəsinə paraşütlə atılan şəxs” və “Rusiyada milyardlarını qazanan oliqarx” kimi xarakterizə edib.

Səfir iddia edib ki, Vardanyan “separatçı hərəkatı dəstəkləyib, terror fəaliyyətini maliyyələşdirib, Azərbaycan hökumətinin rəsmilərini ölümlə hədələyib”.

Səfir vurğulayıb ki, "məhkəmə prosesləri çox açıqdır. Məhkəmə qapalı keçirilmir. Televizorda da məhkəməni izləmək mümkündür. Vardanyanın vəkil vasitəsi ilə müdafiəsində də heç bir problem yoxdur".

O, həmçinin vurğulayıb ki, Vardanyan “Ukraynaya qarşı hərbi əməliyyatları dəstəklədiyinə görə Ukrayna tərəfindən sanksiyaya məruz qalan şəxsdir”.

Süleymanov Vardanyanın ailəsinin emosiyalarını başa düşdüyünü bildirib: "Mən bu ailənin hisslərini başa düşürəm. Təbii ki, o, bu ailənin üzvüdür. Amma bu həm də o deməkdir ki, sizə müraciət edən insanların etibarı ilə bağlı müəyyən problemlər var, çünki onlar çox açıq şəkildə ortada olan şəxsi maraqlardan çıxış edirlər".

O, əlavə edib: "Ailəsinin bu barədə emosional olmasını başa düşürəm. Ancaq söhbətin kimdən getməsindən asılı omayaraq, məhkəmə keçirilməlidir".

Vardanyanın oğlu David “GB News”a bildirib ki, ailə atasının saxlanması barədə "27 sentyabr 2023-cü ildə sosial media vasitəsilə" xəbər tutub.

David bunun "Azərbaycan hökuməti tərəfindən hər bir erməni xristianına heç biriniz təhlükədən kənarda deyilsiz mesajı ötürmək üçün onun atasını qəsdən həbs etməsi" iddasında bulunub.

İnsan haqları üzrə vəkil Jared Genser isə Vaşinqtondan “GB News”a bildirib ki, Vardanyanın İncillə tanış olmasına icazə verilməyib və bu, Azərbaycanın münaqişənin dinlə əlaqəsi olmadığı barədə didiklərinə ziddir.

Lakin səfir Süleymanov bu iddianı inkar edərək deyib: “Vardanyanın saxlanıldığı penitensiar həbsxanada kitabxanaya pulsuz giriş mövcuddur. Çox güman ki, onun İncili var. Ancaq mən sizə çox vacib bir şeyi deməliyəm. Mənim bildiyimə görə, Vardanyan heç vaxt İncil istəməyib”...

Gördüyünüz kimi, Ruben Vardanyanın həm ailəsi, həm də onun müdafiəsinə qalxan beynəlxalq güclər Bakıda keçirilən məhkəməni xristian-müsəlman qarşıdurması kimi qələmə verməyə cəhd edirlər. Halbuki Qərb mediası min dəfələrlə etiraf edib ki, Ermənistan-Azərbaycan münaqişəsində şiə-müsəlman İran şiə-müsəlman Azərbaycanı yox, məhz xristian Ermənistanı müdafiə edib. Yəni bu münaqişə heç bir halda dini müstəvidə yer ala bilməz.

Bir şeyi də deyim. Mən Qərb mediasında gedən Azərbaycanla bağlı əksər yazıları oxuyuram. Deyim ki, Azərbaycanın Britaniyadakı səfəri yerli media ilə peşəkar səviyyədə işləməyi bacarır. Bu baxımdan, Elin Süleymanov gördüyü işlər təqdirə layiqdir. Digər səfirlərimiz də ondan nümunə götürsə, yaxşı olardı.

https://www.gbnews.com/news/world/azerbaijan-ambassador-hits-back-claims-kangaroo-court

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR