İnsanlara hürriyət, millətlərə istiqlal!

Mələkxanım Eyubovanın istəyi

Xalq artisti Mələkxanım Eyubova "Leyli və Məcnun" operası ilə bağlı arzusunu açıqlayıb. 

Xanəndə "7 tamam" verilişində yenidən Leyli obrazı ilə səhnəyə çıxmaq istədiyini bildirib:

""Leyli və Məcnun" ölməz əsərdir. Hər zaman səhnədə olacaq əsərdir. Hər bir gənc, səhnəyə yeni addım atan xanım, bəyin arzusudur ki, Leyli, Məcnun obrazı yaratsın. Bəzən bu arzu həyata keçmir. Ola bilər bədən quruluşu uyğun olmaz. Mən bu gün də Leyli oynamağa hazıram. Səsim də, görünüşüm də buna uyğundur. Səsim, görünüşüm ona imkan verirsə, niyə olmasın?"  (Axşam.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR