İnsanlara hürriyət, millətlərə istiqlal!

Çingiz Mustafayevin xatirəsinə həsr olunan konsert keçirildi - Fotolar

Avqustun 29-u Azərbaycanın şəhid telejurnalisti, Milli Qəhrəman Çingiz Mustafayevin doğum günüdür. Şəhidin anadan olmasından 63 il ötür.

Musavat.com bildirir ki, bu münasibət ilə Muğam Mərkəzində dünyaca məşhur rusiyalı pianoçu-virtuoz, beynəlxalq müsabiqələrin laureatı Nikolay Kuznetsovun konserti keçirilib.

Tədbirdə tanınmış mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri, Çingiz Mustafayevin ailə üzvləri iştirak edib.

Şəhid jurnalistin qardaşı Vahid Mustafayev ailə üzvləri adından konsert iştirakçılarına öz təşəkkürünü bildirib.

Daha sonra pianoçu Azərbaycandakı ilk ifasinda P. Çaykovskinin “İlin Fəsilləri” və M. Musorqskinin “Sərgidən Şəkillər” kompozisiyalarını təqdim edib.

 

Xalidə Gəray
Fotolar müəllifindir
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR