İnsanlara hürriyət, millətlərə istiqlal!

Çingiz Mustafayev 15 illik hesabat konsertini verməyə hazırlaşır

Müğənni Çingiz Mustafayev 15 illik hesabat konsertini verməyə hazırlaşır.

Musavat.com xəbər ki, sənətçi 16 dekabrda Elektra Events Hallda sevənlərinin qarşısına çıxacaq.

2 saatlıq canlı performans zamanı Çingizi musiqiçilər müşayiət edəcək. O, yaradıcılığında yer alan musiqinin bütün qolları ilə tamaşaçılarını ələ alacaq.

Konsertə biletlər 40 manatdan başlasa da, müğənni bu günlərdə sevənlərinə limitli sayda 50% endirim kampaniyası təşkil edib. Bu barədə sosial mediada məlumat yayılıb.

Qeyd edək ki, “Yeni ulduz” yarışması ilə məşhurlaşan sənətçi sözügedən layihənin qalibi olduqdan sonra Ukraynanın məşhur “Qolos” layihəsində də iuğur qazanıb. Uzun illər “Palmas” qrupu ilə səhnə alan Çingiz 2019-cu ildə Avroviziyada Azərbaycanı “Truth” mahnısı ilə təmsil edib.

655ea0a1-d42c-4a6e-87bf-d34310a9d548.jpg (154 KB)

c7c70f93-3493-4354-b9bd-4b8ec5ea5eb7.jpg (98 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Sentyabr 2024

23 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR