İnsanlara hürriyət, millətlərə istiqlal!

Çindən Rusiyaya ZƏRBƏ

Çin hökuməti “LoongArch” arxitekturasına əsaslanan “Loongson” prosessorlarının Rusiyaya tədarükünə qadağa qoyub. Çin rəsmilərinin bildirdiyinə görə, rəsmi Pekin həmin texnologiyanı strateji əhəmiyyətli sayır və bu çiplərdən Çinin hərbi sənaye kompleksində istifadə olunur.

Musavat.com xəbər verir ki, bu barədə Rusiyanın “Kommersant” qəzeti məlumat yayıb.

Rusiya Federasiyasının Rəqəmsal İnkişaf Nazirliyinə yaxın mənbənin sözlərinə görə, bəzi rus elektronika istehsalçıları artıq bu çipləri sınaqdan keçiriblər, lakin indi həmin partiyanı almaq mümkün deyil.

“Rusiya şirkətləri Çin prosessorlarından asılı olmasalar da, “Loongson” prosessorlarını almağa çox ümid edirdilər”, - mənbə izah edib. Bu məlumatı Rusiyanın elektronika bazarındakı qaynaqlar da təsdiqləyib.

“Loongson Corporation” 2002-ci ildə Çin Elmlər Akademiyası tərəfindən ABŞ-ın “Intel” və AMD prosessorlarına alternativ yaratmaq üçün təsis edilib. 2021-ci ildə korporasiya “Intel” (X86) və AMD (ARM) arxitekturaları üçün yazılmış proqramlara uyğun olan “Loongson” Təlimat Dəsti Arxitekturasını (LoongArch) təqdim edib.

Rusiyanın Ukraynaya təcavüzü başlayandan sonra aparıcı prosessor istehsalçıları “Intel” və AMD bu ölkəyə tədarükü dayandırıblar.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR