Onlayn ictimai-siyasi qəzet
Mayda Çinin sənaye istehsalı ötən ilin eyni ayı ilə müqayisədə 5,6 faiz artıb.
Musavat.com xəbər verir ki, bu məlumatı Çin Milli Statistika İdarəsi (SSA) açıqlayıb.
Məlumata görə, artım sürəti aprel ayındakı 6.7 faizdən aşağı düşüb ki, bu da "Trading Economics" ekspertlərinin 6 faizlik konsensusundan da aşağıdır.
İdarənin statistikasına əsasən, may ayında Çinin emal sənayesində məhsul istehsalı 6 faiz, mədənçıxarma sektorunda 3,6 faiz, toxuculuq sənayesində 5,3 faiz, kimya sənayesində 12,7 faiz, avtomobil sənayesində 7,6 faiz artım qeydə alınıb.
Yanvar-may aylarında sənaye istehsalının həcmi 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 6,2 faiz artıb.
Statistika İdarəsinin məlumatına görə, ötən ay Çində pərakəndə satışlar aprel ayında 2,3 faiz artdıqdan sonra fevral ayından bu yana ən yüksək göstərici, illik ifadədə 3,7 faiz artıb. Beləliklə, ardıcıl olaraq on altıncı ay artım qeydə alınıb.
Ekspertlər orta hesabla 3 faiz artım gözləyirdilər.
Yanvar-may aylarında pərakəndə satış 4,1 faiz artıb. Çində may ayında işsizlik aprel ayındakı 5 faiz səviyyəsində qalıb. Bu, ötən ilin noyabrından bəri ən aşağı səviyyədir. Yanvar-may aylarında işsizlik 2023-cü ilin eyni dövründəki 5,4 faizə qarşı 5,1 faiz təşkil edib.
Çində beş ay ərzində əsas kapitala investisiyalar illik ifadədə 4 faiz artıb. Konsensus proqnozu 4.2 faiz artım idi.
Musavat.com
30 Noyabr 2024
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ