Onlayn ictimai-siyasi qəzet
Çin ikili vətəndaşlığı olan 4 Kanada vətəndaşını edam edib.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Kanada hakimiyyəti hökmün icrasına mane olmağa çalışsa da, Çin tərəfi ölkənin məhkəmə sisteminin müstəqil fəaliyyət göstərdiyini bəyan edib.
The Wall Street Journal xəbər verir ki, Çin hakimiyyəti edam olunanların kimliyini rəsmi olaraq açıqlamır.
Kanadanın xarici işlər naziri Mélanie Joly, hökmün 2025-ci ilin əvvəlində icra edildiyini söyləyib. O, Kanada hökumətinin, o cümlədən keçmiş baş nazir Castin Trüdonun ölüm hökmünü ləğv etmək üçün müdaxilə etməyə çalışdığını, lakin cəhdlərinin uğursuz olduğunu bildirib.
Kanada hakimiyyətinin bəyanatına cavab olaraq Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning ölkənin məhkəmə sisteminin milliyyətə görə ayrı-seçkilik etmədiyini və hamı üçün bərabər ədalət prinsipinə riayət etdiyini vurğulayıb.
"Kanada qanunun aliliyinə hörmət etməli və Çinin məhkəmə suverenliyinə müdaxiləni dayandırmalıdır", - sözçü deyib.
Kanada vətəndaşlarının ölüm cəzasına məhkum edilməsinin səbəbləri də rəsmi olaraq açıqlanmır.
Musavat.com
21 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ