İnsanlara hürriyət, millətlərə istiqlal!

Çində bir magistralda qəzalarda 16 nəfər ölüb, 66 nəfər yaralanıb

Çində ötən gün 49 avtomobilin iştirakı ilə baş verən qəzalarda 16 nəfər ölüb, 66 nəfər xəsarət alıb.

APA-nın Çin Mərkəzi Televiziyasına istinadən verdiyi xəbər görə, qəzalar Hunan əyalətində magistralda baş verib.

 

Beş böyük qəzadan birində 7 nəfər, digər üç qəzanın hər birində isə 3 nəfər ölüb. Sonrakı qəzalarda ölən olmayıb. Qəzalar zamanı bir neçə avtomobil yanıb.

Bir magistralda bir gündə çoxsaylı insan tələfatına səbəb olan qəzaların səbəbi araşdırılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR