Onlayn ictimai-siyasi qəzet
Rusiyanın Krasnodar şəhərinin administrasiyasının səfərbərliklə iş üzrə şöbəsinin rəis müavini Stanislav Rjitski güllələnərək qətlə yetirilib.
Milli.Az xəbər verir ki, dünən səhər saatlarında şəhər parkında qaçış edən S.Rjitskiyə "Makarov" tapançasından 7 dəfə atəş açılıb.
O, B-265 tipli "Krasnodar" dizel-elektrik sualtı qayığının komandiri idi.
42 yaşlı S.Rjitskinin meyiti Bereqavaya küçəsinin yaxınlığında tapılıb.
O, 2022-ci ilin iyul ayında "Kalibr" raketləri ilə Ukraynanın Vinnitsa şəhərinin atəşə tutulmasında iştirak etmişdi. Həmin raket zərbələri nəticəsində 27 nəfər dinc sakin həlak olmuşdu.
S.Rjitskinin Ukraynanın xüsusi xidmət təşkilatlarının əməliyyatı nəticəsində qətlə yetirildiyi vurğulanır.
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ