İnsanlara hürriyət, millətlərə istiqlal!

Cinayət əməlləri törətmiş şəxslər cəzalarını çəkməlidirlər

“Ermənistanın sülh prosesində iştirakı və sülh müqaviləsinin razılaşdırılmış maddələrinin imzalanmasına hazırlığı manipulyasiya xarakteri daşıyır. Çünki tam və genişmiqyaslı sülh müqaviləsi üçün Azərbaycanın haqlı tələblərinin yerinə yetirilməsi önəmlidir”.

Bunu Musavat.com-a açıqlamasında politoloq İlyas Hüseynov deyib.

İLYAS.jpg (237 KB)

Ekspertin sözlərinə görə, Ermənistan bu tələbləri yerinə yetirmək əvəzinə bir tərəfdən COP29 öncəsi ölkəmizə qarşı çirkin qarayaxma kampaniyasını davam etdirir, digər tərəfdən konstitusiyaya dəyişiklik etməklə bağlı referendum uzaq 2027-ci ilə təyin olunur:

“Bu o deməkdir ki, yaxın 3 il ərzində Ermənistanın konstitusiyası dəyişməyəcək və Azərbaycana qarşı ərazi iddiaları saxlanılacaq. Acınacaqlı məğlubiyyətdən sonra ölkəmizə qarşı ərazi iddiasını hələ də nəzərdən keçirən və bunun üçün sürətlə silahlanan bir ölkə ilə regional sülh, təhlükəsizlik, sabitlik və əməkdaşlıq haqqında müzakirə aparmağa dəyərmi? Bu ritorik suala Ermənistanın siyasi elitası da cavab verməkdə çətinlik çəkər”.

İlyas Hüseynov əlavə edib ki, bununla yanaşı, Ermənistan parlamentinin spikeri Alen Simonyan özünü sülhün tərəfdarı kimi göstərməyə çalışsa da, “erməni əsirlər” mövzusunu gündəmə gətirməklə xarici tərəfdarlarına mesaj göndərir:

“Bundan sonra separatçı və terrorçularla bağlı xarici dairələrin geniş kampaniyaları başlaması da istisna olunmur. Burada ölkəmizin mövqeyi sərt və qətiyyətlidir. Cinayət əməlləri törətmiş şəxslər cəzalarını çəkməlidirlər. Ermənistan rəsmiləri özlərini sülhə sadiq kimi göstərməyə çalışsalar da, həyata keçirdikləri silah alışı və imzalanan hərbi müqavilələr əksini nümayiş etdirir”.

ELŞAD,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR