İnsanlara hürriyət, millətlərə istiqlal!

Çin yuanı dollar qarşısında 14 ilin ən aşağı səviyyəsinə çatıb

Çin yuanının dollar qarşısında dəyəri ABŞ Federal Ehtiyat Sisteminin (FED) son faiz artımından sonra ucuzlaşıb.

APA xəbər verir ki, dollar-yuan valyuta səbəti ilk dəfə olaraq psixoloji həddi keçib. Çin pul bazarlarında bu gün bir dollar 7,2458 yuan səviyyəsində müəyyən olunub. Bu 2008-ci ilin yanvarından bu yana ən aşağı göstəricidir.

Çin yuanı FED-in 21 sentyabrda etdiyi son faiz artımından sonra son bir həftədə 3 faiz dəyər itirib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR