İnsanlara hürriyət, millətlərə istiqlal!

Çin Trampın ultimatumuna cavab verdi: Heç vaxt...

Çin hakimiyyəti Amerika prezidenti Donald Trampın “şantaja doğru gedən” proteksionist siyasəti ilə ABŞ-ın artan təzyiqlərinə dözmək niyyətində deyil. Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Çinin Ticarət Nazirliyi məlumat yayıb.

Nazirliyin yaydığı bəyanatda deyilir: “Birləşmiş Ştatların Çinə tarifləri artırmaqla hədələməsi Amerika tərəfinin şantaj xarakterini bir daha ortaya qoyan təkrar səhvdir, Çin bunu heç vaxt qəbul etməyəcək”.

Bildirilir ki, ABŞ “öz bildiyindən dönməsə” Çin “sona qədər” onlara qarşı dayanmağa məcbur olacaq. Ticarət Nazirliyi ABŞ-ın yeni tariflərini "birtərəfli zorakılıq" adlandırıb və Pekinin suverenliyini, təhlükəsizliyini və milli inkişaf maraqlarını və "beynəlxalq ticarətin normal nizamını" qorumaq üçün əks tədbirlər görəcəyini bildirib: “Çin bir daha bəyan edir ki, ticarət müharibəsində qalib və proteksionizmin çıxış yolu yoxdur. Təzyiq və təhdidlər Çinlə işləmək üçün yanlış yoldur. Biz ABŞ-ı səhv addımlarını dərhal düzəltməyə, Çinə qarşı bütün birtərəfli tarifləri qaldırmağa və ölkəmizə iqtisadi və ticarət təzyiqlərini dayandırmağa çağırırıq".

Xatırladaq ki, aprelin 7-də Tramp Çinə ABŞ mallarına qarşı 34 faizlik əlavə rüsumları ləğv etmək üçün bu günə qədər vaxt verib, əks halda, Çindən idxala əlavə 50 faizlik rüsum tətbiq edəcəyini bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Aprel 2025

16 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR