İnsanlara hürriyət, millətlərə istiqlal!

“Çin Pelosinin Tayvan səfərinə görə süni böhran yaradır”- ABŞ səfiri

“ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana səfəri ABŞ-Çin münasibətlərində böhrana səbəb olmamalıdır”.

Azpost.info xəbər verir ki, bunu ABŞ-ın Pekindəki səfiri Nikolas Berns CNN-ə bildirib.

“Biz inanmırıq ki, səfərlər səbəbindən ABŞ və Çin münasibətlərində böhran yaransın. Böhran Çin hökuməti tərəfindən süni şəkildə yaradılır”, – səfir vurğulayıb.

Nensi Pelosi Tayvana avqustun 2-də səfər edib. Pekində onun səfəri kəskin tənqid edilib. Amerikalı spiker təxribatda və “vahid Çin” prinsipini pozmaqda ittiham olunub. Çin Xarici İşlər Nazirliyi hesab edir ki, ABŞ bu səfəri regionda böhran yaratmaq üçün təşkil edib. Pelosinin Tayvan ziyarətindən sonra səfir Berns ÇİN XİN-ə çağırılıb və səfərə görə ona sərt etiraz bildirilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR