İnsanlara hürriyət, millətlərə istiqlal!

Çin ordusu Tayvan ətrafında təlimlərə və patrul fəaliyyətinə başlayıb

Çin ordusu aprelin 8-də Tayvan adasının şimalında, cənubunda və şərqində dənizdə və havada döyüş hazırlığı təlimləri və patrul fəaliyyətini birləşdirən əməliyyatlara başlayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə ÇXAO-nun şərq qoşunları komandanlığı məlumat yayıb. Komandanlığın rəsmisi polkovnik Şi İ bildirib ki, hərbi təlim və patrul fəaliyyəti “Tayvanın müstəqilliyi”nə can atan separatçıların və onları dəstəkləyən xarici qüvvələrin təxribatlarına ciddi xəbərdarlıq, Çinin suverenliyinin və ərazi bütövlüyünün qorunması üçün vacib fəaliyyətdir. “Birgə qılınc” adlanan əməliyyat aprelin 10-dək davam edəcək.

Qeyd edək ki, Çinin ada ətrafındakı təlimləri Tayvan lideri Tsay İnvenin Mərkəzi Amerikaya səfəri zamanı Los Anecelesdə dayanaraq, ABŞ Nümayındələr Palatasının spikeri Kevin Makkarti ilə görüşündən sonraya təsadüf edir. Rəsmi Pekin həmin görüşə etirazını bildirmişdi.

Xatırladaq ki, II dünya müharibəsindən sonra Çində vətəndaş müharibəsində Mao Cedonun rəhbərlik etdiyi kommunistlər 1949-cu ildə Çin Xalq Respublikasının (ÇXR) yaradıldığını elan ediblər. Çan Kayşinin liderliyindəki Koumintan qüvvələri Tayvan adasına köçərək Çin Respublikasının mövcudluğunun davam etdiyini bəyan edir. Ada Çin Xalq Respublikasının qurulmasından öncəki Çin Respublikasının bayrağını və bəzi atributlarını qoruyub saxlayır. Rəsmi Pekin isə Tayvandakı qondarma Çin Respublikasının mövcudluğunu qəbul etmir və adanı Çinin əyaləti hesab edir.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR