İnsanlara hürriyət, millətlərə istiqlal!

Çin BU ölkələrdən neft idxalını kəskin artırıb

Çin Baş Gömrük İdarəsi avqust ayında ölkənin neft idxalına dair məlumatları açıqlayıb.

Musavat.com-un həmin məlumata istinadən xəbərinə görə, ötən ay Çin neft idxalının strukturunu dəyişərək, endirimli sortların idxalına üstünlük verib.

Xüsusilə Rusiyadan tədarük iyul ayı ilə müqayisədə 25,6 faiz artaraq sutkada 2,21 milyon barelə çatıb ki, bu da ayda 9,37 milyon tona bərabərdir. Pekinin ötən ay Rusiya neftinə xərcləri 5,39 milyard dollar təşkil edib.

İkinci ən böyük neft tədarükçüsü Malayziya olub, o, iyul ayına qədər Çinə ixracını 21,2 faiz artıraraq, demək olar ki, 1,77 milyon barelə çatdırıb ki, bu da ayda 7,5 milyon tona bərabərdir.

Sənaye analitikləri ənənəvi olaraq hesab edirlər ki, Malayziya İran və Venesueladan neftin ölkəyə çatdırılması üçün aralıq nöqtədir. Avqustda Çinin bu tədarüklər üçün xərcləri 4 milyard dollar təşkil edib.

İraq keçən ay Çinə ixracını 43,1 faiz artıraraq sutkada 1,56 milyon barelə çatdırıb. Mütləq ifadə ilə bu, 3,3 milyard dollar xərclə 6,61 milyon tona uyğundur.

Səudiyyə Ərəbistanı isə Çinə ixracını 17,4 faiz azaldaraq, sutkada 1,25 milyon barelə endirib. Bu, ayda 5,3 milyon tona uyğundur ki, bu da Pekinə 3,3 milyard dollara başa gəlib.

Xəbər verildiyi kimi, avqustda Çinə neft idxalının orta gündəlik həcmi 11,56 milyon barel olub ki, bu da 2024-cü ilin ən yüksək aylıq göstəricisidir. Mütləq ifadədə Çin avqust ayında iyuldakı 42,34 milyon ton, eləcə də 2023-cü ilin avqustundakı 52,804 milyon tona qarşı 49,1 milyon ton neft idxal edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR