İnsanlara hürriyət, millətlərə istiqlal!

Çin Avropadan üz döndərən Rusiyanı talamaqla məşğuldur - İDDİA

Rusiyanın Ukraynaya müdaxiləsindən sonra Avropa ilə iqtisadi əlaqələri zəifləyib. Bundan ən çox fayda görən isə Çin hesab olunur.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Rusiyaya verdiyi “dəstək” müqabilində ÇXR hökuməti qala talançı qiymətlərlə şimal qonşusundan ciddi iqtisadi güzəştlər qopara bilir.

“Rusiya biznesi Çinin artan enerji tələbatını ödəmək qabliyyətinə malikdir”, deyə Vladimir Putin Çin lideri Si Tzinpinlə görüşündə bu cümlələri sərf edib. Onun sözlərinə görə, 2030-cu ilə qədər Rusiya qazının Çinə tədarükü ən azı 98 milyard kubmetr, üstəgəl 100 milyon ton LNG həcmində olacaq.

Yeri gəlmişkən, Rusiyanın Çin üçün verdiyi qazın qiyməti Avropa üçün bazar qiymətlərindən qiymətlərindən ÜÇ dəfədən çox aşağıdır. “The Moscow Times” qəzetinin yazdığına görə, indi “Qazprom” Çinə min kubmetri təqribən 290 dollardan qaz nəql edir. Bu, avropalı müştərilərin müqavilələrin şərtlərinə görə ödədiyi məbləğdən üç dəfədən çox azdır. Avropalılar üçün təbii qazın qiyməti ötən ilin dekabrın sonunda hər min kubmetr üçün təxminən 1000 dollar təşkil edirdi.

Rusiya ilə Çin niyə hərbi müttəfiq ola bilmir? - Şərh

Beləliklə, Rusiya qazına Çin üçün endirim təxminən 70% təşkil edir. 2021-ci ilin birinci rübündə Çin üçün qazın qiyməti min kubmetr üçün 120 dollardan aşağı idi. Hətta Belarusa Rusiya qazı daha yüksək qiymətə - 128,5 dollara satılıb
Mixail Krutixinin (RusEnergy) qeyd etdiyi kimi, Çinə gedən “Sibirin gücü” qaz kəməri yüksək tikinti xərcləri və aşağı müqavilə qiymətləri səbəbindən Rusiyaya demək olar ki gəlir gətirə bilməyəcək.

“Hələ 2017-ci ildə energetika naziri Alexander Novak, Dövlət Dumasındakı çıxışında, bunun qeyri-kommersiya layihəsi olduğunu söyləmişdi. Yəni biz, heç vaxt onun bəhrəsini görməyəcəyik”,-deyə Krutixin qeyd edib.

Putin ucuz rus resursları müqabilində Çindən nə istəyir? ABŞ-ın CNN və “The Washington Post” kimi önəmli media qurumlarına danışan ekspertlərin fikrincə, Çin bunun müqabilində Rusiyaya silah satışını ciddi şəkildə nəzərdən keçirir: “Çinin köməyi olmadan Kreml çox yaşaya bilməz və rəsmi Pekin bundan aktiv şəkildə istifadə edir və sürətlə Rusiyanı özünün resurs koloniyasına çevirir”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR