İnsanlara hürriyət, millətlərə istiqlal!

Çin ABŞ-a qarşı ticarət müharibəsini səngitmir - YENİ CƏBHƏ AÇDI

Çinin sərhəd nəzarəti agentliyi Amerika mallarına artan tarifləri ciddi şəkildə tətbiq edəcək.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bunu Çin Baş Gömrük İdarəsinin (GAC) direktor müavini Van Linqjun deyib.

O, bildirib ki, təmsil etdiyi idarə ölkə rəhbərliyinin qərarlarına tam əməl olunmasını təmin edəcək. Onun sözlərinə görə, Çin hakimiyyəti gömrük prosedurlarının sadələşdirilməsini asanlaşdırmağa və beynəlxalq ticarətin sabit inkişafı üçün əlverişli şərait yaratmağa davam edəcək.

Van Linqjun qeyd edib ki, ABŞ-ın fərq qoymadan tətbiq etdiyi tarifləri istər-istəməz qlobal iqtisadiyyata, o cümlədən Çin-Amerika ticarət dövriyyəsinə mənfi təsir göstərəcək. Çin rəsmisinin sözlərinə görə, Pekin “yalnız qanuni hüquq və maraqlarını müdafiə etmək üçün deyil, həm də beynəlxalq ticarət qaydalarını və beynəlxalq ədaləti qorumaq üçün” cavab tədbirləri görüb: "Çin davamlı olaraq xarici dünyaya açıqlığı yüksək səviyyədə saxlayacaq və digər ölkələrlə qarşılıqlı faydalı ticarət və iqtisadi əməkdaşlığı təşviq edəcək".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR