İnsanlara hürriyət, millətlərə istiqlal!

Çimkəntə yağan yağış təyyarə reyslərinin ləğvinə səbəb oldu

Bu gün əlverişsiz hava şəraitinə görə Qazaxıstanın Çimkənt şəhərindən Almatıya, Daşkəndə və Bişkək şəhərlərinə uçan təyyarə reysləri təxirə salınıb.

Hazırda Çimkənt aeroportunda gözləyən əməkdaşımız xəbər verir ki, reyslərin təxirə salınmasına güclü yağış və qismən duman səbəb olub. 

Bu üzdən yüzlərlə sərnişin hava limanının gözləmə zalında oturmalı olub. Onların bir çoxu gecədən yuxusuz olduqları üçün oturacaqlarda yatıb, hətta yorğan-döşəyini açıb yuxuya dalanlar da olub.

Reyslərin təxirə salınması tranzit yolçuların işini çətinləşdirib. Çünki ikinci aeroportda onların sərnişin olacaqları təyyarə öz uçuş cədvəlinə uyğun hərəkət edərək uçub gediblər. İndi aerportda gözləyən sərnişinlərin bir çoxu mənzil başına çatmaq üçün daha uzun məsafə qət edəcəklər. Məsələn, Qazaxıstanın Türküstan şəhərində keçirilən yarışmadan vətənə qayıdan Azərbaycan idmançıları və jurnalistləri indi əvvəlcə gecə saatlarında Almatıya uçacaq, oradan səhər saatlarında İstanbula istiqamət götürəcək, sabah günorta saatlarında yenidən təyyarəyə minərək Bakıya qayıdacaq və evlərinə axşam saatlarında çatacaqlar. 

Bu, 36 saatlıq yolçuluq deməkdir. Ona görə də çıxış yolu, deyəsən, elə bu şəkillərdə görünənlər kimi hərəkət etməkdir.

0599a5a2-2e05-4294-b838-82d14ac2cb14.jpg (102 KB)

fad4b207-2f13-4adf-aa61-17bd90517a9a.jpg (113 KB)

Musavat.com

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR