İnsanlara hürriyət, millətlərə istiqlal!

Çilidə meşə yanğını nəticəsində iki nəfər ölüb, 30 yaralı var

Çilinin Vina del Mar kurort şəhərində meşə yanğını nəticəsində azı iki nəfər ölüb, daha 30 nəfər yanıq xəsarətləri alıb.

"Report" bu barədə "Euronews"a istinadən xəbər verir.

Şəhərdə 130-a yaxın ev tamamilə dağılıb.

Yanğın saatda 50 km-ə çatan güclü küləyin təsirindən sürətlə yayılaraq, təxminən 125 hektar ərazini əhatə edib. Bir neçə rayonun sakinləri təxliyə edilməli olub.

Çili Prezidenti Qabriel Boric ölkədə fövqəladə vəziyyət elan edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR