İnsanlara hürriyət, millətlərə istiqlal!

CİA rəhbəri: Ukraynalılar lazım olsa, yalın əlləriylə döyüşərlər

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) direktoru Con Retklif Ukraynalıların, özləri üçün qəbul edilə bilən bir sülh şəraiti olmadığı təqdirdə, “əlləri ilə döyüşməyə məcbur qalacaqlarını” bildirib.

Musavat.com xəbər verir ki, O, ABŞ Senatında keçirilən dinləmələrdə Ukrayna xalqı və ordusunun illər boyunca yanlış qiymətləndirildiyini qeyd edərək, kəşfiyyat məlumatlarına əsaslanaraq əmin olduğunu vurğulayıb ki, Ukraynalılar, hər hansı bir sülh şərti əldə edə bilmədikləri halda, döyüşmək üçün əllərindən gələni edəcəklər.

Eyni zamanda, Retklif Rusiyanın döyüş meydanında üstünlük əldə etdiyini və yavaş-yavaş irəlilədiyini qeyd edib. Onun fikrincə, münaqişə üzərində aparılacaq danışıqlar heç bir tərəfə maksimalist məqsədlərinə çatmağa imkan verməyəcək. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Mart 2025

BÜTÜN XƏBƏRLƏR