Onlayn ictimai-siyasi qəzet
Cümhuriyyət Xalq Partiyasının sədri Özgür Özəl Avropa Şurası Parlament Assambleyasının yaz sessiyasında çıxış edərkən Azərbaycana dəstəyini ifadə edib.
“Report” xəbər verir ki, CHP lideri iclasda bildirib:
“Səsverməsinə daxil olmadığımız, amma doğurduğu nəticələr baxımından təəssüfləndiyimiz prosesin sürətli şəkildə bərpa olunmasını düşünürəm. Biz Şuranın ortaq dəyərlərini müdafiə edirik, ancaq Azərbaycanla bağlı yaşanan proses bu günədək verdiyi nəticə etibarilə hər iki tərəf üçün ibrətamizdir. Bundan sonra münasibətlərin yenidən təsis edilməsi məsələsində bizim üçün çox önəmli olan Azərbaycanla Şura arasında hər cür məsuliyyəti üzərimizə götürməyə hazırıq”.
Xatırladaq ki, yanvarın 24-də Azərbaycan nümayəndə heyəti AŞPA ilə əməkdaşlığı dayandırıb.
25 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ