İnsanlara hürriyət, millətlərə istiqlal!

Ceyhun Bayramov: “Azərbaycan və Gürcüstan bir-birinin ərazi bütövlüyünü daim dəstəkləyib”

“Bu gün səhər saatlarında həmkarım Prezident İlham Əliyev tərəfindən qəbul edilib”.

Musavat.com xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili ilə birgə mətbuat brifinqində deyib.

“Bu il Azərbaycan-Gürcüstan münasibətlərinin qurulmasının 30 illiyi qeyd olunacaq. Bu 30 il ölkələrimiz arasında bütün sahələrdə inkişaf dövrü olub. Münasibətlərimizin əsasında tarixi bağlılıq, mehriban qonşuluq prinsipi dayanıb. Azərbaycan Gürcüstanın ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığını daim dəstəkləyib. Eyni yanaşmanı biz Gürcüstan tərəfindən görmüşük”, - Ceyhun Byaramov deyib.

Nazir qeyd edib ki, ölkələr arasında 1 134 müqavilə imzalanıb və icra edilib: “Hazırda ölkələr arasında 19 müqaviləyə baxılmaqdadır. Biz yaxın zamanlarda da həmin müqavilələrin imzalanmasını və icra edilməsini izləyəcəyik. Ötən il ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 800 milyon ABŞ dollarına yaxın olub. 2022-ci ilin birinci rübündə artıq ticarət dövriyyəsi 262 milyon dollar olub. Bu tempi saxlasaq 2022-ci ildə ticarət dövriyyəmiz 1 milyard dolların üstündə olacaq”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR