İnsanlara hürriyət, millətlərə istiqlal!

“Çərşənbə” serialının yaradıcıları irqçilikdə ittiham olunur

Amerikalı rejissor Tim Barton da daxil olmaqla yeni “Çərşənbə” serialının yaradıcıları irqçilikdə ittiham olunublar.

Musavat.com xəbər verir ki bu barədə “New York Post” məlumat yayıb.

Serialın izləyiciləri serialda qaradərili aktyorların mənfi personajların rolunu oynaması qəzəbləndirib. Aktrisa Joy Sandi Nevermore Akademiyasında "pis qız" kimi görünür. Zorakı və korrupsioner bələdiyyə sədrinin oğlu rolunu oynayan aktyor İman Marson da qaradərilidir. 

Bartonun sözçüsü irqçiliklə bağlı bütün iddiaları rədd edir. 

Serialda qeyri-adi qabiliyyətlərə malik olan Marticia və Qomez Adamsın qızı və onun məktəbə uyğunlaşma cəhdlərindən bəhs edilir. Layihədə baş rolları Jenna Ortega, Gvendoline Kristi, Ketrin Zita-Cons, Luis Quzman, Kristina Ricci, Riki Lindhom və Emma Mayers canlandırıb.

Daha əvvəl xəbər verilmişdi ki, “Çərşənbə” serialı Netflix-də ən çox baxılan şou olub.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Sentyabr 2024

23 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR