Onlayn ictimai-siyasi qəzet
Cənubi Koreya parlamenti səs çoxluğu ilə prezident səlahiyyətlərini icra edən, eyni zamanda baş nazir vəzifəsini daşıyan Xan Dok-sunun impiçmenti üçün səs verib.
Musavat.com xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
Bildirilir ki, 300 deputatdan 192-si impiçmentin lehinə səs verib. Konstitusiyaya görə, prezidentə impiçment elan etmək üçün 200 səs lazımdır. Lakin baş nazir də daxil olmaqla, digər yüksək rütbəli məmurlar üçün sadə səs çoxluğu (151 səs) kifayətdir.
Səsvermənin nəticələrindən sonra Xan Dok-sunun özü Milli Assambleyanın qərarına hörmət etdiyini və qanunvericiliyə uyğun olaraq səlahiyyətlərini dayandıracağını bəyan edib.
Yun Sok-yol hərbi vəziyyətə görə vəzifəsindən kənarlaşdırıldıqdan sonra Xan Dok-su dekabrın 14-də Cənubi Koreyanın prezidenti vəzifəsini icra edirdi. Xan Dok-su-nun vəzifədən kənarlaşdırılması üçün səsvermə, hökumətin Yun Sok-yol və həyat yoldaşı Kim Kyon-hi haqqında araşdırma aparmaqdan imtina etməsindən sonra müxalif Koreya Demokratik Toburo Partiyası (DPK) tərəfindən başladılıb.
Beləliklə, bir əsaslandırılmamış hərbi vəziyyət elanı həm prezidentin, həm də baş nazirin postlarını itirməsinə səbəb olub.
Musavat.com
28 Dekabr 2024
02:42 Qara qutu Azərbaycana NİYƏ VERİLMİR? Qazaxıstanın məqsədi budur - İlham İsmayıl detalları AÇIR
27 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ