İnsanlara hürriyət, millətlərə istiqlal!

Cənubi azərbaycanlı futbol əfsanəsi Əli Daeinin xanımı və qızının İrandan çıxışına qadağa qoyulub - FOTO

Dünən sosial şəbəkələrdə futbol üzrə İran milli yığmasının sabiq kapitanı Əli Daeinin həyat yoldaşı və qızının həbs olunduqları barədə xəbər yayılıb.

Bu haqda “Azad İran” “Telegram” kanalı yazır.

Məlumata görə, milli komandaların heyətində ən çox qol vuran (Hazırda bu rekord Kriştianu Ronalduya məxsusdur - red.) sabiq futbolçunun xanımı və qızının ölkədən çıxmasına qadağa qoyulub və onların Dubaya səfərinin qarşısı alınıb.

Əli Daei özü bu addımı kəskin pisləyib.

“Sanki terrorçu yaxalayıblar. Xanımım və qızım bir neçə günlük Dubaya yollanarkən təyyarə Kiş şəhəri üzərindən uçduğu zaman məcburi geri qaytarılıb və ailəm təyyarədən endirilib”, - deyə o bildirib.

Qeyd edək ki, futbolçunun xanımı ölkədəki etirazları dəstəklədiyinə görə onun ölkədən çıxışına qadağa qoyulduğu bildirilir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR