İnsanlara hürriyət, millətlərə istiqlal!

Cənubi Azərbaycanla bağlı mühüm təklif

Deputat Fəzail Ağamalı Milli Məclisdəki çıxışında öncə spikerin Milli Dirçəliş günü ilə bağlı təbriklərinə qatıldı və bu günün önəmindən, mərhum Prezident Heydər Əliyevin müstəqillik, azadlıq uğrunda apardığı mübarizədən bəhs etdi.

F.Ağamalı daha sonra bildirdi ki, bu gün Azərbaycanın cənubunda da azadlıq hərəkatı başlayıb və 40 milyon soydaşımız 200 ildir davam edən müstəmləkə siyasətinə qarşı mücadilə aparırlar. “Bizim vəfa borcumuz var. Biz onların milli azadlığını müdafiə etməli, hansısa formada töhfəmiz olmalıdır.

Ona görə də təklif edirəm ki, Təhsil Nazirliyinə ayrılan vəsaitlərin 15 milyonu Cənubi Azərbaycandan olan tələbələrin Azərbaycan Respublikasında pulsuz oxuması üçün ayrılsın”.

 E.Paşasoy,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR