İnsanlara hürriyət, millətlərə istiqlal!

Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu

Aktyorlar Cennifer Lopes və Ben Afflek həyata fərqli baxışlarına görə boşanma ərəfəsindədirlər.

Məşhurlara yaxın mənbə bildirib ki, aktyorlar münaqişələri fərqli qaydada həll etməyə öyrəşiblər. Onun sözlərinə görə, Cennifer Lopes anlaşılmazlıqları müzakirə etməyə üstünlük verir, Ben Afflek isə mübahisə zamanı geri çəkilir. Bundan əlavə, aktyorlar arasındakı fikir ayrılığı uşaq böyütmək və maliyyə məsələlərinə müxtəlif yanaşmalar, habelə daimi işgüzar səfərlər onların arasındakı münasibətləri kəskinləşdirib.

"Onların hər ikisinin müxtəlif şəhərlərdə olmalarını tələb edən çətin işləri var. Zaman keçdikcə Cennifer və Ben arasında effektiv ünsiyyət qurmaq getdikcə çətinləşib, kiçik anlaşılmazlıqlar ciddi mübahisələrə çevrilib", - deyə insayder bildirib.

Xatırladaq ki, bu yaxınlarda Cennifer Lopes və Ben Afflekin münasibətlərində ciddi problemlər olduğu barədə şayiələr yayılıb. Aktyorun təxminən 60 milyon dollar dəyərində olan evindən köçdüyü bildirilirdi.//Oxu.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR