Onlayn ictimai-siyasi qəzet
Cəlilabad rayonunda iki ailə arasında torpaq mübahisəsi olub.
APA-nın Cənub bürosunun məlumatına görə, hadisə rayonun Abışabad kəndində qeydə alınıb.
İki ailə arasında torpaq sahəsinə görə yaranan mübahisə daha sonra davaya çevrilib.
Nəticədə rayon sakinləri, 1975-ci il təvəllüdlü Ərəstun İbrahimov, 1971-ci il təvəllüdlü Fikrət İbrahimov, 2001-ci il təvəllüdlü İsmət İbrahimov, 1998-ci il təvəllüdlü Məlik Qarayev müxtəlif xəsarətlər alıb. Onlar rayon xəstəxanasına aparılıb.
Hadisə ilə bağlı DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupundan APA-ya bildirilib ki, həmin faktla bağlı hazırda Cəlilabad Rayon Polis Şöbəsində araşdırma aparılır. Təyin olunmuş ekspertizaların rəyindən və araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.
27 Noyabr 2024
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ