Onlayn ictimai-siyasi qəzet
Çeçenistanda, Aşxoy-Martan şəhərinin rəhbərliyi müəllimləri, tələbələri və müxtəlif dövlət qurumlarında çalışan büdcə işçilərini şəhər meydanına toplayıb.
Musavat.com xarici agenltiklərə istinadən xəbər verir ki, bu barədə Çeçenistanın “NIYSO” adlı Telegram kanalı məlumat yayıb.
Məqsəd – çevik polis əməkdaşlarına bıçaqla hücum edən və güllələnərək öldürülən 16 yaşlı yeniyetmənin meyitini onlara göstərmək olub.
Kanal bu hadisədən video da yayımlayıb. Kadrlarda meyitin meydanda, onlarla insanın qarşısında yerə atıldığı görünür.
“Oğlanın meyitini gətirib asfalta atdılar, böyüklər arasında qadınlar narazılıq etməyə başladılar, gənc qızlar isə ağlamağa başladılar, çünki vəziyyət onların nəzarətindən çıxmağa başladı. Bu nümayiş cəmi 15 dəqiqə davam etdi,” – deyə kanalda hadisənin şahidlərindən birinin sitatına yer verilir.
Mitinq dağıldıqdan sonra, yeniyetmənin meyiti bir müddət də meydanda – ehtimal ki, avtodayanacaq ərazisində qalıb.
Bundan əlavə, NIYSO bildirib ki, Çeçenistan güc strukturları hücum edən yeniyetmənin bir neçə qohumunu da saxlayıb. Qeyd edək ki, Çeçenistan rəhbəri Ramzan Kadırov daha əvvəl bu hadisə ilə bağlı gəncin ailə üzvlərinin respublikadan çıxarılacağını vəd etmişdi.
Musavat.com
18 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ