Onlayn ictimai-siyasi qəzet
Ermənistan baş nazirinin aparat rəhbərinin müavini Taron Çaxoyan hökumət binası qarşısında Qarabağ ermənilərinin keçirdiyi etiraz aksiyası zamanı jurnalistlərə verdiyi açıqlamada bildirib ki, müxalifət onları hakimiyyətə qarşı təşkil olunan mitinqlərdə siyasi məqsədlər üçün istifadə edir. Onun sözlərinə görə, bu prosesin əsas məqsədi hakimiyyət dəyişikliyinə nail olmaqdır.
Musavat.com xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
“Müxalifət hər dəfə Qarabağ ermənilərinin emosional hissləri üzərində oynamağa və onları küçələrə çıxarmağa çalışır”, - deyə Çaxoyan vurğulayıb.
Jurnalistin “İnsanlar müxalifəti dəstəkləmək hüququna malikdirlər” şəklindəki qeydinə cavab olaraq isə Taron Çaxoyan bunları deyib:
“Bir neçə gün əvvəl yürüş keçirildi. Qarabağ ermənilərinin adını eşitmisinizmi? Bu insanlar həmin yürüşdə iştirak etdikləri şəxsin adını və soyadını belə bilmirdilər”.
Musavat.com
14 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ