İnsanlara hürriyət, millətlərə istiqlal!

Çavuşoğludan ÇAĞIRIŞ: “Türkiyənin yanında olmalısınız”

“Ukraynadakı müharibə nəticəsində yaranan qida və enerji böhranı zəif nöqtələrimizi göstərdi”.

Musavat.com “Report”a istinadən xəbər verir ki, bunu Türkiyənn xarici işlər naziri Mövlud Çavuşoğlu noyabrın 29-da NATO Xarici İşlər Nazirləri Şurasının Rumıniyanın paytaxtı Buxarestdə keçirilən iclasında deyib.

O bildirib ki, təhdidlərə kollektiv formada reaksiya verilməlidir: “Müttəfiqlər, həmçinin terrorla mübarizədə Türkiyənin yanında olmalıdır”.

M.Çavuşoğlunun sözlərinə görə, Türkiyə Ukraynanı dəstəkləməyə davam edir: “Ədalətli sülhə nail olmağa çalışırıq. “Taxıl sazişi”, əsir mübadiləsi, həmçinin tərəflərin görüşünə ev sahibliyi etməyimiz təşəbbüslərimizin təzahürüdür”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR