İnsanlara hürriyət, millətlərə istiqlal!

Çavuşoğludan Azərbaycan və Ermənistanla bağlı mühüm açıqlama

“Azərbaycan və Ermənistan sülh müqaviləsinin fundamental bəndləri üzrə razılığa gəliblər, indi bunu həyata keçirmək qalır”.

Musavat.com “Report”a istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

“Biz jestlər edirik. Rəsmi İrəvan bu jestləri qiymətləndirməlidir”, - o vurğulayıb.

M.Çavuşoğlu bu gün regionda stabilliyin son dərəcə vacib olduğunu söyləyib.

“Lakin, əlbəttə, Ermənistanın yaşadığı travmaları var. Biz 30 il ərazində işğal etdiyi torpaqları öz torpaqları hesab edən ölkə və millətdən danışırıq. Bu savaş artıq bitib. Ermənistanın Baş naziri Nikol Paşinyana Ermənistan xalqının dəstək verməsi onların sülh istəməsi deməkdir, amma sülhü istəməyənlərin səsi daha çox çıxır. Ermənistan anlamalıdır ki, burada qalıcı sülh üçün addımlar atmaq lazımdır”, - XİN başçısı vurğulayıb.

O əlavə edib ki, Bakı və İrəvan arasında son danışıqlar əvvəlkilərdən daha uğurlu keçib: "Azərbaycan ilə Ermənistanın qalıcı sülh sazişi imzalamalıdır. 5 əsas prinsip ətrafında anlaşma var. Onları reallaşdırmaq lazımdır”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR