İnsanlara hürriyət, millətlərə istiqlal!

Çavuşoğlu və Abdullahian Azərbaycandan danışıblar-foto

İran və Türkiyənin xarici işlər nazirləri Hüseyn Əmir Abdullahian və Mövlud Çavuşoğlu telefon danışığı zamanı İran və Azərbaycan arasındakı münasibətlərin hazırkı vəziyyətini müzakirə ediblər.

Musavat.com-un məlumatına görə, bu barədə Tasnim İran Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb. Bildirilir ki, hər iki ölkənin xarici işlər nazirləri Tehran və Ankara arasında daha sıx ikitərəfli əlaqələr və regional səviyyədə qarşılıqlı maraq doğuran məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.

Türkiyənin xarici işlər naziri ölkəsinin İran və Səudiyyə Ərəbistanı arasında 7 illik fasilədən sonra diplomatik əlaqələrin bərpasına dair razılaşmanı alqışladığını bildirib və bu sazişin müsəlman birliyinə müsbət təsirini vurğulayıb.

Mövlud Çavuşoğlu iranlı həmkarı ilə telefon danışığında İran və Səudiyyə Ərəbistanı arasında razılaşmanı alqışlayıb.

“O, bu sazişin müsəlman dünyasının mövqelərinin güclənməsinə və regional problemlərin həllinə kömək etmək üçün İslam ölkələri arasında sinerjinin yaradılmasına gətirib çıxaracağına əminliyini ifadə edib.
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan öz növbəsində bildirib ki, qonşular və region ölkələri ilə müsbət qarşılıqlı fəaliyyət regionda sülh və sabitliyin möhkəmlənməsinə, beynəlxalq arenada sinerjinin artırılmasına zəmin yaradacaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR