İnsanlara hürriyət, millətlərə istiqlal!

Çavuşoğlu: "Taxıl müqaviləsi daha bir il uzadıla bilər"

Noyabrın 17-də 120 gün uzadılan taxıl müqaviləsi bu müddət bitdikdən sonra bir illik uzadıla bilər.

"Report" xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada keçirdiyi mətbuat konfransında deyib.

"Bəziləri bizdən soruşurlar ki, biz Rusiyanı qoruyuruqmu? Xeyr, bu sövdələşmədir", - Çavuşoğlu bildirib.

Çavuşoğlunun sözlərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı və ukraynalı həmkarları Vladimir Putin və Volodimir Zelenski ilə, o cümlədən taxıl sövdələşməsi ilə bağlı təmasları davam etdirmək niyyətindədir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR