İnsanlara hürriyət, millətlərə istiqlal!

Çavuşoğlu: 95 ölkə və 16 beynəlxalq təşkilatdan yardım təklifi almışıq

“19 ölkədən xilasedicilər bu gün yenə də Türkiyəyə gələcəklər”.

Apa xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Nazirin sözlərinə görə, hazırda 56 ölkədən 6500-ə yaxın şəxs axtarış-xilasetmə işlərinə cəlb olunub.

“Bu gün bütün dünyadan dəstək gördük. Beynəlxalq ictimaiyyətə də təşəkkür edirik. 95 ölkə və 16 beynəlxalq təşkilatdan yardım təklifi almışıq. Bir çox ölkə xilasedicilərini, səhra xəstəxanalarını, tibbi personalını ölkəmizə göndərir. 9 fevral etibarilə 56 ölkədən 6479 şəxsi heyət zəlzələ baş verən bölgədə fəaliyyət göstərir”, - o deyib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR