İnsanlara hürriyət, millətlərə istiqlal!

Cavid Hüseynov hakimə əl-qol atdığı üçün ağır cəza aldı

AFFA İntizam Komitəsi "Şamaxı"nın məşqçisi Cavid Hüseynovu 6 oyunluq cəzalandırıb.

“Qafqazinfo” xəbər verir ki, buna mütəxəssisin "Turan Tovuz"a 0:1 hesabı ilə uduzduqları Azərbaycan Kubokunun 1/8 final oyunu başa çatdıqdan sonra etdiyi hərəkət səbəb olub.

Hüseynov birbaşa qırmızı vərəqə aldıqdan sonra hakimin qərarına kəskin etiraz edərək ona əl-qol atıb.

Şamaxı təmsilçisi bunun üçün 6 min manat məbləğində cərimələnib. Bölgə təmsilçisi həmin görüşdə 4 oyunçusu sarı vərəqə aldığı üçün əlavə 800 manat ödəyəcək.

Komandanın müdafiəçisi Cəlal Hüseynova isə ikinci sarı vərəqəni alaraq meydandan qovulduğuna görə bir oyunluq cəza verilib.

İK MOİK-ə 1600 manat məbləğində cərimə kəsib. "Səbail"lə kubok matçında təcili yardım maşınının təyin olunan vaxtda gəlməməsi klubu ziyana salıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR